Xəbər lenti


Birləşmiş Ştatlar Suriya tənzimləməsi üzrə 15-ci Soçi beynəlxalq görüşündə iştirakdan imtina edib - baxmayaraq ki, iştirak üçün Rusiyadan dəvət almışdı.

Bu barədə fevralın 16-da Rusiya prezdentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev xəbər verib.

«Konfransda iştirak üçün biz, amerikalı həmkarlarımıza da dəvət göndərmişdik, amma təəssüf ki, imtina cavabı aldıq» - rusiyalı diplomat qeyd edib.

Onun sözlərinə görə, hazrda Amerika administrasiyası daxili işləri ilə məşğuldur və hələ Suriya istiqamətli xətt üzrə bir qərara gəlməyib.

Bundan əvvəl ehtimal edilirdi ki, Vaşinqton Suriya tənzimləməsi üzrə Astana formatının növbəti raundunda iştirak etmək üçün müşahidəçi qismində öz nümayəndəsini göndərəcək.

AzPolitika.info






Ana səhifəyə qayıt        Baxış: 2 850          Tarix: 16-02-2021, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma