Suriya kürdləri Cenevrə danışıqlarının 8-ci raunduna dəvət olunmadıqlarına görə, danışıqlarda iştirak etməyəcəklər. Bu barədə Suriya kürdlərinin Moskvadakı nümayəndəsi xəbər verib («RİA Novosti»).
«Yox, biz növbəti dəfə dəvət almamışdıq və bizdən heç kim danışıqlarda iştirak etməyəcək» – deyə, agentliyin müsahibi bildirib. Onun fikrincə bu, «Türkiyənin mövqeyi və təsirinin nəticəsidir». Türkiyə kürdlərin bu danışıqlarda iştirakının əleyhinədir.
Suriya böhranının tənzimlənməsi Astana və Genevrə «müstəvisi»ndə müzakirə olunur. Noyabrın 28-də Genevrədə Suriyadaxili danışıqların səkkizinci raundu başlanacaq.
Bundan əvvəl Suriya müxalifətinin 3 platforması formalaşdırılmışdı – Qahirə, Moskva və Ər-Riyad platformaları.
Cenevrədə Dəməşqlə danışıqdar aparmaq üçün bu platformalar əsasında vahid nümayəndə heyəti yaradılmalı idi.//AzPolitika.info
Paylaş: