Xəbər lenti


İranın Pakistanla sərhəddə yerləşən Saravan rayonunda təşkil edilən etiraz aksiyaları zamanı qarşıdurma baş verib.

Metbuat.az xəbər verir ki, ordunun nümayişçilərə müdaxiləsi nəticəsində azı 10 nəfər həyatını itirib.

Çox sayda yaralı var. Qeyd edək ki, qanunsuz benzin ticarəti ilə məşğul olan çox sayda insan iki gündür İran-Pakistan sərhədində gözləyir. Onlar sərhəd qapılarının açılmasını tələb edir. Lakin sərhədçilərin tələbi geri çevirməsi gərginliyə yol açıb. Hərbçilər odlu silahdan istifadə edib. Bölgədə gərginlik davam edir.

Qeyd edək ki, yeni qanuna əsasən sərhəd bölgələrində benzin satışını yalnız İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri həyata keçirə bilər.



Ana səhifəyə qayıt        Baxış: 2 454          Tarix: 23-02-2021, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma