Xəbər lenti


Yunanıstanla danışıqların sağlam şəkildə aparılması üçün əlimizdən gələni edirik.

Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

"Yunanıstanın açıqlamalarındakı təcavüz və təxribat davam edir. Türkiyəni küncə sıxışdırmaq üçün başqaları ilə qurduğunuz ittifaqların heç bir işə
yaramayacağını deyirik.

Təxribat xarakterli, hüquqlarımızı hədəf alan açıqlamalar verməyə davam etsəniz, bu proseslərin stabilizasiyasına cavabdeh deyilik.

Yunanıstanı daha sağlam və təmiz bir dildə danışmağa dəvət edirik", - Ö.Çelik qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 2 342          Tarix: 23-02-2021, 22:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma