Xəbər lenti


ABŞ-ın Liviyadakı səfiri Riçard Norland Liviyanın Tobruk Nümayəndələr Palatasının sədri Aqilə Salehlə görüşüb.

Axar.az xəbər verir ki, səfir Salehlə görüşündə palatada yeni kabinetin tərkibinin müəyyənləşdirilməsi ilə əlaqədar sessiya keçirilməsinin vacibliyini bildirib.

Saleh öz növbəsində Nümayəndələr Palatasının bu məsələdə məsuliyyəti öz üzərinə götürməli olduğunu qeyd edərək, yeni hökumətin də Liviya Siyasi Dialoq Forumu və Qahirə Bəyannaməsinin nəticələrinə hörmət etməli olduğunu deyib.

Qeyd edək ki, Liviyanın yeni Baş naziri Əbdülhəmid Dibeybə fevralın 26-na qədər etimad səsi alması üçün yeni kabinetin siyahısını Haftarın müttəfiqi Aqilə Salehin rəhbərlik etdiyi Nümayəndələr Palatasına təqdim etməlidir.

Əgər palatadan lazım olan səs toplanmasa, Liviya Siyasi Dialoq Forumu üzvləri kabinetin tərkibini müəyyənləşdirəcək.



Ana səhifəyə qayıt        Baxış: 1 237          Tarix: 24-02-2021, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma