Xəbər lenti

 

Liviyanı Haftarın ümidinə qoymaq tarixi səhv olar.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Liviyanın qanuni hökumətinə terror və insan alverinə qarşı mübarizədə bütün dəstək veriləcək:

“Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Liviya hökuməti bir neçə ildir Xəlifə Haftarın hücumu altındadır. Ona Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi antidemokratik dövlətlər dəstək olur. Lakin dünya, xüsusilə, Avropa ölkələri bu vəziyyətə səssiz qalır. Əgər onlar Liviya hökumətinə dəstək olmasa, bu, Avropanın öz ana dəyərlərinə, demokratiyaya və insan haqlarına xəyanəti deməkdir”, - deyə Ərdoğan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 638          Tarix: 18-01-2020, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma