Xəbər lenti

 
“ABŞ yaxın zamanlarda Rusiya və Yaxın Şərq neftindən asılı vəziyyətə düşəcək”.
 
Ovqat.com xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donald Tramp bu iddia ilə çıxış edib.
 
ABŞ-da keçirilən Mühafizəkar Siyasi Fəaliyyətlər Konfransında (CPAC) nitq söyləyən D.Tramp Cozef Baydenin Paris İqlim Sazişinə qayıtmaq qərarını tənqid edərkən bu fikirləri dilə gətirib.
 
Onun fikrincə, Cozef Bayden dövründə ABŞ enerji sektorundakı liderlik statusunu itirib və bu gedişlə idxal olunan neftdən asılı vəziyyətə düşəcək. “Bu saziş yalnız Rusiya, Hindistan və Çin kimi aşağı standartlara sahib ölkələrin emissiyalarına icazə verir, ABŞ kimi inkişaf etmiş ölkələrin işini isə çətinləşdirir”, - deyən Tramp xatırladıb ki, onun hakimiyyəti dövründə ABŞ "enerji üstünlüyünə" nail olmuşdu: “İndiki hakimiyyət isə "enerji supergücünü" tənəzzülə doğru aparır. Radikal demokratlar dövründə benzinin qiyməti artıq üçdə bir qədər yüksəlib... Bir müddətdən sonra neft tədarükü sahəsində Rusiya və Yaxın Şərqdən asılı olacağıq".


Ana səhifəyə qayıt        Baxış: 4 736          Tarix: 1-03-2021, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma