Xəbər lenti


Paraqvay respublikasının prezidenti Mario Abdo Benitez ölkədə etiraz aksiyaları başladıqdan sonra bütün nazirlərdən hökumətdə dəyişiklik etmək üçün istefa etmələrini istəyib.

“Report” xəbər verir, bu barədə ölkənin İnformasiya Texnologiyaları və Kommunikasiya naziri Manuel Brunetti məlumat verib.

“Prezident vətəndaşları eşitdi. Kabinetindəki bütün nazirlərdən istefaları barədə ərizələrini ona təqdim etmələrini istəyib. Dövlət başçısı baş verəcək dəyişikliyi elan edəcək”-deyə, nazir bildirib.

Qeyd edək ki, Paraqvayda baş verən etiraz aksiyalarında bir nəfər ölüb, 20-dən çox etirazçı yaralanıb.



Ana səhifəyə qayıt        Baxış: 1 742          Tarix: 7-03-2021, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma