Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
“Rusiya “Status-6” nüvə sualtılarını Kamçatkada yerləşdirir və ABŞ-ın qərb sahillərinə güclü bir zərbə hazırlayır”.
Ovqat.com xəbər verir ki, bu iddianı Rusiyanın Avia.pro nəşri yayıb.
İddiaya görə, Rusiya "Status-6" nüvə dronlarını daşıyan "Xabarovsk" sualtı qayığını Kamçatkaya göndərib. “Lazım gələrsə, ABŞ-ın bütün qərb sahilləri boyunca güclü bir zərbə hazırlayacaq və bununla da bölgədəki ən böyük dəniz və hava qüvvələri bazalarını məhv edəcək”, - nəşr belə yazır.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi “Xabarovsk” sualtı qayığını yerləşdirmək lazımi infrastrukturun hazırlanması üzərində işləyir. Kamçatka yarımadasında bu il istifadəyə veriləcək Vilyuçinsk limanı “Xabarovsk” sualtı qayığı üçün mümkün baza kimi qəbul edilir.
Nəşr bildirir ki, “Status-6”-nın atəş poliqonuna sürülməsi Rusiya ordusunun imkanlarını xeyli genişləndirəcək və Birləşmiş Ştatların cilovlanmasına kömək edəcək.
Bununla birlikdə, mütəxəssislər Kamçatkada sualtı nüvə dron yerləşdirilməsinin əlavə problemlərə yol aça biləcəyini düşünürlər. Xüsusilə ona görə ki, Pentaqon “Status-6” nüvə dronunun daşıyıcısı olan sualtı gəmini izləyə və nəticədə həmin silah mənzilə çatmamış Rusiyaya yaxın ərazilərdə sıradan çıxarıla bilər. Beləcə, Rusiyanın silahının öz əlində partlaması ehtimalı da istisna deyil. Odur ki, Rusiya Müdafiə Nazirliyi mümkün olduğu qədər “Status-6”-nı ehmalca yerlədirməyə çalışır.
Mütəxəssislərin fikrincə, Sakit okeanın tektonik quruluşu bu bölgədə "Status-6" raketinin partlamasının dağıdıcılıq gücünü də artıra bilər.
“Status-6” sualtı dronu Rusiyanın ən müasir və qorxunc nüvə silahı hesab olunur. Suyun altı ilə astaca hərəkət edən bu silah izlənmə dairəsinə girəndə sürətini birdən-birə artırıb hədəfə doğru irəliləmək xüsusiyyətinə malikdir. Düşmənə aid dəniz sərhəddi yaxınlığında partlayanda misli görünməmiş tsunami dalğası yaradan raket qarşı tərəfin böyük yaşayış məntələrini su altında boğur, zərbə bununla da bitmir, ətrafa yaydığı radioaktivliyin təsiri minillər boyu davam edir. Başqa sözlə, toxunduğu yerdə bir daha ot bitmir, canlı yaşamır. Nüvə gücü Xirosimaya və Naqasakiyə atılmış atom bombalarından minlərlə dəfə çoxdur.
Rusiyanın son çarəsi sayılan bu silahların dövriyyəyə çıxarılması axır zamanlar Qara dənizdə sıxışdırılan ölkənin hansı vəziyyətə düşdüyündən və son kozıra ümid bağladığından xəbər verir.
“Status-6” silahlarının xüsusiyyəti barədə video-kadrları təqdim edirik:
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar