Xəbər lenti

 Amerikalılar heç vaxt bərabərhüquqlu dialoq qurmurlar.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında politoloq Fyodur Lukyanov söyləyib.

“Lakin istisnalar da var. Bunun üçün əsas misal İkinci Dünya müharibəsinin nəticələridir. Məncə, bir daha tərəflər arasında belə böyük razılaşma olmayacaq. Moskva və Vaşinqton arasında razılaşma yalnız tərəflərin öz maraqlarından imtina edəcəyi halda mümkündür”, – deyə o bildirib.

Lukyanov ABŞ-ın artıq Rusiyanın maraqlarını nəzərə almağa başladığını söyləyib:

“Bir şeyə diqqət edin. Amerikalılar bizə Moldova və Mərkəzi Asiyanı səssiz-səmirsiz verdilər. Belə ki, Özbəkistanda səs-küysüz seçki keçirildi. Heç kim Almazbek Atambayevin hakimiyyətdən rahat getməsinə Qırğızıstanda problem yaratmır. Vaşinqton rəsmən Mərkəzi Asiyada təşəbbüsü bizə verib. Üstəlik, bizim tərəfdən regionda artıq stabillik əldə edilib. Biz Amerika üzərində qələbə qazanmamışıq. Sadəcə, onların bizim maraqlarımızı da diqqətə almalarına nail olmuşuq”.




Ana səhifəyə qayıt        Baxış: 568          Tarix: 26-06-2017, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma