Xəbər lenti
 
ABŞ gələcəkdə Rusiyanın şərq hissəsinə zərbələr endirə bilər.
Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
“Hazırda amerikalılar nə edirlər? Onlar hər kəsi yoxlayır və başqa dövlətlərin bombardmanlara necə reaksiya verəcəklərini öyrənirlər. Birinci zərbəni onlar müsəlman dünyasına endirdilər. Ora onlar üçün bir nömrəli düşməndir. İkinci hədəf isə Uzaq Şərqdir. Bu ərazi də onların konflikt yaratmaq planlarına daxildir. Vaşinqton müxtəlif ölkələrdə konfliktlər yaradaraq, onları zəiflədəcək. Bu, ABŞ-a öz müttəfiqlərini bir arada tutub, ən güclü olması üçün lazımdır”, – deyə o bildirib.



Ana səhifəyə qayıt        Baxış: 988          Tarix: 18-04-2017, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma