Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
NATO-nun növbəti sammiti iyunun 14-də Brüsseldə alyansın mənzil-qərargahında keçiriləcək.
Ovqat.com xəbər verir ki, bunu alyansın Baş katibi Yens Stoltenberq yaydığı bəyanatda bildirib.
“İyunda keçiriləcək sammit Avropa ilə Şimali Amerika arasında əlaqələrin təcəssümü olan NATO-nun möhkəmləndirilməsi üçün unikal imkan yaradacaq", - deyə yazılı bəyanatda vurğulanır.
Baş katib Stoltenberq bildirib ki, müttəfiq ölkələrin liderləri sammitdə Rusiyanın təcavüzkar hərəkətləri, terror təhlükəsi, kiberhücumlar, artan və dağıdıcı texnologiyalarla yanaşı iqlim dəyişikliyinin Çinin təhlükəsizliyinə və inkişafına təsiri kimi məsələlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.
Xatırladaq ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi NATO sammitinin son görüşü 2018-ci ildə Brüsseldə keçirilmişdir. Alyansın yaradılmasından bəri 28 bu cür yüksəksəviyyəli zirvə görüşü olmuşdur. NATO-nun yüksək səviyyəli görüşləri müttəfiq ölkələrin birində keçirilir, alyansın baş katibi isə sammitə rəhbərlik edir.
Bəzi mütəxəssislər bir müddət əvvəl keçirilən NATO-nun Xarici İşlər nazirlərinin görüşündə Rusiya məsələsinin müzakirəsini yay aylarına saxlanıldığı, bununla da Moskvaya öz mövqeyinə yenidən baxmasına şərait yaradıldığını bildirirdilər. Görünən budur ki, limitin dolduğu həmin zamanın tarixi bu gün açıqlandı – 14 iyun.
Sammitdən hansı qərarın çıxacağı isə mübahisəlidir. Dərd burasındadır ki, NATO-nun qərarı konsensus yoluyla qəbul olunur. 30 alyans üzvündən sadəcə birinin vetosu alyansın işini tamamilə iflic vəziyyətə sala bilir. Rusiya ilə qərara isə bəzi üzvlərin tərəddüdlü yanaşacağı indədən hiss olunur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar