![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 17:48
Bu gün, 13:31
Bu gün, 12:13
Bu gün, 11:51
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
![](/uploads/posts/2021-05/1621100049_iran_nuclear_67869-f7b6b.jpg)
Əldə edilən yeni sənədlərə görə, İran nüvə bombasına sahib olmağa çox yaxınlaşıb.
Ovqat.com xəbər verir ki, ABŞ-ın “Washington Post” qəzeti bu iddia ilə çıxış edib.
Bildirildiyinə görə, İran yetərli miqdarda parçalana bilən materiala sahibdir və ölkə alimləri Tehrandan əmr alacaqları təqdirdə nüvə bombası istehsal edə bilərlər.
Məlumatda o da qeyd olunur ki, İran 2000-ci illərin əvvəllərindən etibarən nüvə silahının istehsalını texnologiyasını yeniləşdirib. Nəşr İsrail tərəfindən 2018-ci ildə İrandan oğurlanaraq incələnən sənədlərə istinadən bildirir ki, ölkənin nüvə silahı inkişaf etdirmə səyləri 2003-cü ildə dayandırıldı. Halbuki həmin ilin sonuna qədər nüvə bombasının əsas komponentləri "soyuq sınaq" üçün hazırlanmışdır.
“Washington Post” bu iddialarını David Albrayt və Sarah Burkard adlı müəlliflərin gələn həftə nəşr olunması gözlənilən "İranın nüvə silahı əldə etməsində riskli səylər" adlı kitabına əsasən irəli sürür. Kitan müəlliflərinin iddialarına görə, 2003-cü ilə qədər İranlı elm adamları nüvə bomba istehsalının demək olar ki, bütün texniki çətinliklərini aradan qaldırmışdılar. İstehsal üçün yalnız etibarlı bölünə bilən yanacaq mənbəyinə (zənginləşdirilmiş uran və ya plutonyum) ehtiyac var idi. Müəlliflərin fikrincə, İran BMT TŞ-nın üzvləri və Almaniya ilə bağladığı “nüvə sazişi”ndə nəzərdə tutulan məhdudiyyətləri bitdikdən sonra 2025-ci ildə nüvə bombası istehsalı üçün sürətlə parçalana bilən material toplaya biləcəkdilər.
“Kitabdakı məlumatlar 2018-ci ildə İsrail agentləri tərəfindən Tehrandakı bir anbardan qaçırılan geniş həcmli nüvə sənədləri toplusunun təhlilinə əsaslanır. 2005-ci ildə Vaşinqtonda yerləşən Beynəlxalq Təhlükəsizlik və Elm İnstitutunun qurucusu və sözügedən kitabın həmmüəllifi Albrayta həmin sənədlərə çatımlılıq fürsəti verilib. Əksər sənədlərin kopyaları və yüzlərlə fotoşəkillər kitabda dərc olunacaq”, - məqalədə belə deyilir.
Bildirildiyinə görə, kitabın müəllifləri iddia edirlər ki, ABŞ kəşfiyyat orqanları İranın nüvə ilə əlaqədar avadanlıq və layihələri 1980 və 1990-cı illərdə Pakistanlı alimlərdən aldığını çoxdan bilir, ancaq nədənsə bu çalışmaları yerli istehsal kimi göstərirlər.
Kitabda layihəni həyata keçirən və İranın nüvə silahları proqramının "mübahisəsiz lideri" olaraq xarakterizə olunan fizik Möhsin Fəxrizadədən də bəhs olunur. Ötən ilin noyabr ayının sonlarında qətlə yetirilən Möhsün Fəxrizadəyə qarşı sui-qəsdi İran üçün nüvə silahı yaratmaq və ya sınaqdan keçirmək baxımından "ölümcül bir zərbə" olaraq qiymətləndirən müəlliflər onun silah istehsalındakı təcrübəsinin ölkənin nüvə alimləri və texniki heyətində hələ də mövcud olduğunu düşünürlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər