Xəbər lenti

 
İran nüvə proqramını tərk etməyib, əksinə bu istiqamətdə səylərini artırıb.
 
Ovqat.com xəbər verir ki, İsrail Kəşfiyyat Naziri Eli Cohen ölkəsinin dövlət televiziyasına verdiyi açıqlamada belə deyib.
 
Onun sözlərinə görə, "İran İsraili hədəfə almaq üçün öz ordu birliklərini Suriyada yerləşdirməyə davam edir".
 
İsrail Kəşfiyyat nazirinin bu iddialarına cavab özünü çox gözlətməyib. Onun İranlı həmkarı Mahmud Ələvi Tehrana qarşı sərt beynəlxalq sanksiyalar davam edərsə ölkəsinin nüvə silahı əldə etmək üçün hərəkətə keçə biləcəyinə eyham vuraraq deyib:
 
"Bizim nüvə proqramımız dinc məqsədlidir, lakin İranı fərqli istiqamətə məcbur edərlərsə, bu onların günahı olacaq, İran deyil".
 
Ələvi mövcud şərtlər altında nüvə silahı əldə etmək planlarının olmadığını da vurğulayıb.


Ana səhifəyə qayıt        Baxış: 3 672          Tarix: 10-02-2021, 01:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma