Xəbər lenti

 
ABŞ prezidenti Cozef Bayden İsrail Baş naziri Benjamin Netanyahu ilə telefon söhbətində Fələstin Müdafiə qurumlarının mülki vətəndaş-hərbçi ayrımı etmədən həyata keçirdiyi raket hücumlarına qarşı “Tel-əvivin özünümüdafiə haqqını qətiyyətlə dəstəkləyib”.
 
Ovqat.com xəbər verir ki, ABŞ administrasiyasının yaydığı məlumatda belə deyilir.
 
Məlumata görə, Bayden həmçinin Tel-əvivin “cəmiyyətlərarası şiddətə qarşı mübarizə və Qüdsdə barışı təmin etmək səylərini” də alqışlayıb. "Bayden İsraili günahsız mülki insanları qorumaq üçün əlindən gələni etməyə təşviq etdi”, - açıqlamada belə deyilir.
 
İki liderin telefon söhbətində İsrailin HƏMAS və Qəzzadakı digər təşkilatlara qarşı apardığı hərbi əməliyyatları müzakirə etdiyini bildirən açıqlamada vurğulanıb: "Prezident Bayden Netanyahu ilə söhbətində atəşkəsə dəstək verdiyini dilə gətirib və bu məqsədlə ABŞ-ın Misir və digər tərəfdaşları ilə apardığı dialoqu onunla müzakirə edib".
 
İsrail Baş naziri Binjamin Netanyahu isə ABŞ Prezidenti ilə telefon danışığında Qəzza zolağındakı hərbi əməliyyatları davam etdirməyə qərarlı olduğunu bildirib.
 
Netanyahunun ofisindən yayılan yazılı açıqlamaya görə, İsrail Baş naziri, Baydenə İsrailin özünümüdafiə haqqını davamlı dəstəklədiyinə görə təşəkkürünü çatdırıb. Netanyahunun fikrincə, "İsrail öz vətəndaşlarının təhlükəsizliyini bərpa etmək üçün əməliyyatın hədəfinə çatmasında maraqlıdır”.
 
Bayden və Netanyahu İsrailin Qəzza zolağına 10 May hücumlarından sonra üç dəfə telefon danışığı aparıb. 
 
Məlumata görə, İsrailin Qəzza zolağına 10 Maydan bəri hücumlarında 61-i uşaq və 36 qadın olmaqla 212 nəfər həyatını itirib, 1400 nəfər yaralanıb. Bu fakt onu göstərir ki, İsrail də Qəzzaya hücumlarında mülki-hərbçi ayırmadan qarşı tərəfi raket yağmuruna tutur. Ötən gün İsrail qüvvələrinin Qəzzadakı dünyaca ünlü media qurumlarının ofislərinin yerləşdiyi binanı yerlə-yeksan etməsi də beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmamışdı. Bütün bunlara rəğmən, ABŞ prezidentinin İsraili açıq şəkildə və “qətiyyətlə” dəstəkləməsi bəzi ölkələrin təpkisinə yol açmışdı. Vaşinqtona ən kəskin qarşı çıxan isə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan olmuşdu. 

Ərdoğanın Baydenə və İsrailə verdiyi cavabın sətir başları:


 
* “Bu gün İsrailə ciddi silah yardımını təsdiqləyən qətnaməyə Baydenin imza atdığını gördük. 850 min silah təsdiqinin çox əhəmiyyətli olduğunu da görürük. Sözə gələndə isə silahsızlanmadan danışırlar”.
 
* “Cənab Bayden, qondarma erməni soyqırımında ermənilərin tərəfini tutdunuz. İndi Qəzzaya ciddi qeyri-adekvat bir hücumla hücum edən və yüz minlərlə insanın şəhid olmasına səbəb olan bu hadisədə qanlı əllərinizə tarix yazırsınız”.
 
* “Fələstin torpaqları qan və qəddarlıqla yuyulur. Siz də bunu dəstəkləyirsiniz. Bu sonsuz zülm, Fələstinlilərin davam edən köçü və yaşadıqları qırğınlarla davam edir”.
 
* Nə olursa olsun, vəzifəmiz məzlumların yanında olmaq və onun hüquqlarına və qanunlarına riayət etməkdir.
 
* “İsrail bölgədəki ağrıları artıran BMT qətnamələrinə qarşı çıxaraq hücumlarına davam etdirir”.
 
* İsrailin gizli hücumlarına qarşı həmişə Fələstin xalqının yanında olmuşuq və olmağa davam edəcəyik. İsrail dövləti konkret sərhədləri olmayan, insanlığa qarşı cinayətlər törətməyi düşünənlərin əlində terrorçu bir cihaza çevrildi”.
 
 
* Bir Yəhudi baş nazir mənə dedi. "Mən general olarkən, fələstinliləri öldürəndə bundan ən böyük zövqü alırdım. "Bu şəxs bunları Türkiyə səfəri zamanı Türkiyə Respublikasının Prezidentinə söyləmişdi”.
 
* “İsrail burada qanunsuz olduğunu bir daha nümayiş etdirdi. Bunlar 5 yaşlı 6 yaşlı körpələri öldürəcək qədər qatildir. Qadınları yerə süründürəcək qədər qatildirlər.
 
* “Siz qeyri-mütənasib gücdən istifadə edirsiniz. Döyüş təyyarələrinizlə Qəzzaya bomba atırsınız. Qəzzada döyüş təyyarələri varmı? Yox. Sən kimləri aldadırsan?”
  
* “Fələstinli uşaqların bombalar altında ölümü ilə maraqlanmayanlar İsrail öz uşaqlarını sirenlərlə qoruduqlarını göstərirlər. Fələstindəki faciədən üz çevirənlər əslində sabah başlarına gələcəklərin toxumlarını səpirlər”.
 
* “Hazırda Avropaya səslənirəm, indi onlara bir şey xatırlatıram. İsrail bayrağını baş nazirin binasına asan Avstriya dövlətinə səslənirəm. Avstriya dövləti, yəqin ki, soyqırıma məruz qoyduqlarə yəhudilərin kompensasiyasını müsəlmanlara ödətdirmək istəyir”.
 
* Türkiyə, Fələstində də, Kiprdə olduğu kimi, iki dövlətli ədalətli bir həll tərəfdarı olduğunu bildirdi. Hər platformada paytaxtı Qüds olan bir Fələstin dövlətinin qurulmasına çalışacağıq. Hazırda Qüdslə bağlı ayrıca bir tənzimləməyə ehtiyac olduğunu düşünürük.
Qüdsün davamlı sülh və əmin-amanlığa qovuşması üçün hər kəs fədakarlıq etməlidir.
 
* “Papa Fransis ilə görüşümdə bu hissi paylaşdım. Aşağıdakı təklifi edirik: Üç dinin nümayəndələri tərəfindən Qüdsün idarə edilməsi bugünkü şərtlərdə ən tutarlı yol olacaqdır. Əks təqdirdə, bu qədim şəhərdə barışmaq asan görünmür”.

 



Ana səhifəyə qayıt        Baxış: 4 989          Tarix: 18-05-2021, 12:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma