Xəbər lenti

 
Pekin bir çox sahədə böyük layihələr həyata keçirir. Əgər hərəkət etməsək, Çin bizi üstələyəcək. Sürətlənmək məcburiyyətindəyik".
 
Ovqat.com xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden media açıqlamasında belə deyib.
 
Ötən gün Xi Jinping ilə 2 saat telefon danışığı apardığını xatırladan Bayden hələ Obama hakimiyyəti dövründə vitse-prezident olduğu dövrlərdən Çinli həmkarını yaxşı tanıdığını və müxtəlif məsələlərə dair fikir mübadiləsi etdiklərini bildirib.
 
Dünənkı telefon danışığında Sincan, Hong Kong və Pekinin iqtisadi praktikalarına qədər bir çox mövzuda "narahatlıqlarını" dilə gətirdiyini söyləyən ABŞ prezidenti sələfi Tramp dövründəki Çinlə bağlı prioritetlərin dəyişilmədiyini vurğulayıb.
 
"Çinin Sincanda Uyğur Türklərinə qarşı soyqırım törətdiyini" bildirən Bayden Pekinin hərbi addımlarını yaxından izləyəcəklərini deyib.
 


Ana səhifəyə qayıt        Baxış: 5 264          Tarix: 11-02-2021, 23:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma