Xəbər lenti
 

“İsrail təhlükəsizlik qüvvələri ilə fələstinlilər arasında yaşanan hadisələrdə balansın hər keçən gün pisləşir. Bu səbəbdən də Qəzza zolağına qarşı əməliyyatlar gücləndiriləcək”.
 
Ovqat.com xəbər verir ki, İsrailin Baş naziri Benjamin Netanyahu mediaya verdiyi açıqlamada belə deyib.
 
İsrail rəsmilərinin bildirdiyinə görə, Qəzza zolağından atılan raket atəşləri 2 israillinin ölümünə və ən azı 7 nəfərin yaralanmasına yol açıb. Bu rəsmi açıqlamadan sonra Netantahu İsrailin Müdafiə naziri Benny Gantz və Baş qərargah rəisi Aviv Koçavi də daxil olmaqla hərbi yetkililər  ilə görüşüb. Görüşdən sonra verdiyi açıqlamada Baş nazir İsrail ordusunun Qəzzadakı Həmas və İslami Cihad Hərəkatına aid "yüzlərlə" hədəfi vurduğunu və əməliyyatların "güclənəcəyini" bildirib.


Ana səhifəyə qayıt        Baxış: 4 618          Tarix: 11-05-2021, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma