![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
6-02-2025, 19:21
6-02-2025, 18:43
6-02-2025, 18:00
6-02-2025, 16:30
6-02-2025, 15:45
6-02-2025, 14:20
![](/uploads/posts/2021-06/1623440637_prince_of_wales-5.jpg)
Dünən Böyük Britaniyanın Baş naziri Boris Conson ilə bu ölkədə səfərdə olan ABŞ prezidenti Co Bayden arasında Yeni Atlantik Xartiyası adlı sənəd imzalanıb.
Ovqat.com-un məlumatına görə, sənəddə hər iki ölkənin yeni dünya düzəninə baxışları əks olunub və onun prinsipləri müəyyənləşdirilib.
Xartiyanın əsas devizi “daha dinc və inkişaf etməkdə olan gələcək uğrunda" prinsipinə söykənir.
Sənəddə London və Vaşinqtonun demokratiyanın müdafiəsi, şəffaflığın təşviqi; hüququn aliliyininin dəstəklənməsi; vətəndaş cəmiyyətinə və müstəqil KİV-ə köməklik göstərilməsi; həmçinin ədalətsizliyə və bərabərsizliyə qarşı mübarizə; insan ləyaqətini və hüquqlarını qorumaq” prinsiplərindən danışılır.
Tərəflər "suverenlik, ərazi bütövlüyü və mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə sadiq" olduqlarını bildirirlər. Onlar həmçinin dövlətlərin daxili işlərinə müdaxiləyə, dezinformasiyaların yayılmasına və ya seçkilərin nəticəsinə digər pis niyyətli təsirlərə qarşı çıxırlar.
Sənəddə bildirilir ki, London və Vaşinqton "elm və texnologiyadakı yenilikçi irəliləyişləri" müdafiə etməyə hazırdırlar. Onlar eyni zamanda öz üzərlərinə "kollektiv müdafiə və beynəlxalq sabitliyin qorunması üzrə ümumi məsuliyyət" götürür və kibertəhdidlərə qarşı birgə mübarizə aparacaqlarını təsdiqləyirlər.
Sənəddə XXI əsr üçün aktual olan "inklüziv, ədalətli, ekoloji, dayanıqlı və qaydalara əsaslanan qlobal iqtisadiyyat qurmaq", "korrupsiyaya və qeyri-leqal maliyyə axınlarına qarşı mübarizə" niyyətləri də yer alıb. Həmçinin iqlim dəyişikliyinə qarşı mübarizənin zəruriliyindən danışılır.
Tərəflər təsdiq edirlər ki, Britaniya və ABŞ "demokratik dəyərləri bölüşən tərəfdaşlarla birgə fəaliyyətə", bu "ittifaqlar və institutları" devirmək istəyənlərin cəhdlərinə qarşı mübarizəyə də sadiqdirlər.
Xatırladaq ki, sənədin adını götürdüyü və təsirləndiyi Atlantika xartiyası antihitler koalisiyasının əsas proqram sənədlərindən biri idi. 1941-ci il 14 avqustda İngiltərənin baş naziri U.Çörçill və ABŞ prezidenti F.D. Ruzvelt arasında müzakirə edilmiş və Nyufaundlenddəki Arcentiya hərbi dəniz bazasında qəbul edilmişdi. Daha sonra, 24 sentyabr 1941-ci ildə SSRİ və digər ölkələr də xartiyaya qoşulmuşdu.
Bu sənəddə də qeyd olunurdu ki, onların başqa əraziləri tutmaq niyyətləri yoxdur, zorakılığa qarşı çıxır, ədalətli dünya yaradılmasını istəyirlər. 1942-ci il yanvan 1-də 26 dövlət "Atlantika xartiyası"na qoşulmaq haqqında "Birləşmiş Millətlər Bəyannaməsi"ni imzalamış, beləliklə, antihitler koalisiyası yaranmışdı. Bu isə müharibənin gedişində əsaslı dönüş yaratmışdı.
Atlantik Xartiyası 14 Avqust 1941-ci ildə İkinci Dünya Müharibəsi dövründə müharibədən sonrakı dünya üçün Müttəfiqlərin məqsədlərini müəyyənləşdirən əsas siyasi sənəd idi. Başqa sözlə desək, müasir dünya düzəninin əsas konturları həmin xartiya ilə cızılmışdı.
Amma həmin dövrdən xeyli zaman keçib və Çin, Hindistan, Pakistan kimi nəhəng, Yaponiya, Türkiyə, Koreya və s. kimi güclü dövlətlər ortaya çıxıb. Bu dövlətlər gücləndikcə də təsir dairəsini genişləndirməyə çalışır və nəticədə İkinci Dünya Müharibəsindən sonra ərsəyə gətirilən dünya düzənini laxlayır. Üstəlik, Rusiya da müttəfiqdən düşmən çevrilib. Xüsusilə Çinlə Rusiyanın eyni hədəfdə birləşməsi ABŞ və Böyük Britaniyanın nəzarəti altında formalaşan dünya düzənini də tamamilə sarsıda bilər. Co Baydenlə Boris Consonun yenilədiyi xartiyanın da məhz Rusiya və Çinə qarşı hazırlandığı bildirilir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər