Xəbər lenti
 
 
İngiltərənin Baş Naziri Boris Consonun çərşənbə axşamı günü bəyan edəcəyi “Təhlükəsizlik, Müdafiə və Xarici siyasət məsələlərinə dair” hesabatda Rusiyanı “ən böyük təhdid mənbəyi” elan edəcək.
 
Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın “Sunday Times” qəzeti etibarlı mənbələrə istinadən bu məlumatı yayıb.
 
Məlumata  görə, Boris Consonun əsaslandığı əsas arqument Rusiyanın tez-tez Böyük Britaniyanın hava və su məkanlarını “təcavüzkar şəkildə işğal etməsi” olacaq. Hesabatda həmçinin Moskvanın “Böyük Britaniya ərazisindəki müxaliflərin öldürülməsi” faktları da öz əksini tapacaq. 
 
Sənəddə “rəqib” adlandırılan Çinə də toxunulur, Moskva və Pekinə qarşı çıxmaq üçün kiberhücum qabiliyyətlərini inkişaf etdirmək məqsədilə xərcləri artırmaq  nəzərdə tutulur. Ancaq Çin əsas təhlükə mənbəyi kimi görülmür. Uzaq Asiya nəhəngi daha çox intellektual mülkiyyəti oğurlayan və iqtisadi təhlükəsizliyi təhdid etməyə çalışan bir rəqib kimi dəyərləndirilir. Əsas diqqət isə Rusiyaya yönəldilir. 

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 322          Tarix: 14-03-2021, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma