Xəbər lenti
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməyə hazırdır.

Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, heç nə dəyişməyib, lakin bu günə qədər görüşün təşkili üçün konkret addımlar da atılmayıb.

"Daha əvvəl Prezident Putin həmkarı Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.

Bunu özü açıq şəkildə söyləyib. Əminəm ki, bununla bağlı heç nə dəyişməyib. Ancaq bu günə qədər bildiyimiz kimi görüşün təşkili üçün konkret addımlar atılmayıb”, - Peskov vurğulayıb.

/virtualaz.org/


Ana səhifəyə qayıt        Baxış: 4 130          Tarix: 17-06-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma