Parisdə məscid yaxınlığında avtomobili müsəlmanların yaratdığı izdihamın üzərinə sürməyə çalışdığına görə saxlanılan şəxsin əqli durumu, anlaqlı olub-olmadığı yoxlanılır.
"Report" AFP-yə istinadən xəbər verir ki, polis hadisə vaxtı onun içkili və narkotik maddələrin təsiri altında olmadığını bildirib.
Xatırladaq ki, dünən Parisdə Krety bölgəsində məscid yaxınlığında avtomobili insan izdihamının üzərinə sürməyə cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılıb. Polis nümayəndəsinin sözlərinə görə, hadisə nəticəsində heç kim zərər görməyib. Aydın olub ki, hücumu həyata keçirən şəxsin qarşısını məscidin qarşısında quraşdırılmış maneələr alıb.
Hücum edənin motivləri hələlik məlum deyil.
"Parisien" qəzetinin məlumatına görə, 43 yaşlı erməni əsilli şübhəli şəxs yolsuzluq avtomobilində məscidin qarşısındakı maneələri dəf etməyə çalışıb və bunu Bataklan və Yelisey meydanında yaşananlara görə intiqam kimi qələmə verib.
Qeyd edək ki, Fransada 2015-ci ildə Parisə edilən hücumlardan sonra fövqəladə vəziyyət rejimi qüvvədədir.
Paylaş: