Xəbər lenti

Deyilənlərin hamısı sonuna qədər yalandır. Qoy gəlib araşdırsınlar, biz hazırıq. Aramızda “uşaq əsgər” yoxdur. 130 min əsgərimiz var. Suriya Milli Ordusunda (SMO) bir çox qrup var, amma heç biri uşaq deyil. Hesabat tamamilə səhvdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin dəstəklədiyi SMO-nun komandiri general Ziyad Hacı Übeyd ABŞ-ın Türkiyənin uşaq döyüşçülərindən istifadə etdiyi haqda hesabatı ilə bağlı deyib.

"Hesabat ABŞ Dövlət Departamentinin deyil, biz bunu bilirik. Bunları araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatı, Təhlükəsizlik Şurasından gəlsinlər. BMT Yəməni İranın dəstəklədiyi milislərə buraxaraq qaçıb. Deyr əz-Zorda minlərlə uşağı əsgər etdilər. Bunu görmürlər. Gəlib İdlibə baxsınlar. Aramızda uşaq yoxdur. Bu hesabat bizdən intiqam almaq üçün yazılıb”, - o bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 478          Tarix: 4-07-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma