BMT-nin bu həftə olan icmalında keçən il ərzində dünyada 10 mindən artıq uşağın qətlə yetirldiyi və şikəst olduğu bildirilir.
‘Uşaqlar və Silahlı Münaqişələr’ təşkilatının çərşənbə günü verdiyi illik məlumata əsasən, ötən illə müqayisədə 2017-ci ildə 21 mindən artıq uşağın hüquqları kobud şəkildə pozulub. “Cüzi irəliləyişi nəzərə almasaq, hüquq pozuntuları qəbuledilməz dərəcədədir,” – deyə BMT baş katibi Antonio Quterreşin sözçüsü Stefani Dujarik bildirib.
Hesabat Yəmən, Suriya və Əfqanıstan kimi qaynar nöqtələrlə birlikdə 20-yə yaxın ölkəni əhatə edir.
Hesabata əsasən:
- Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəməndə 1300-dən çox uşağın qətlində məsuliyyə Bu koalisiya həmçinin 300 – dən çox uşağın xəsarət almasında məsuliyyətlidir.
- Nigeriyada 2200 və İraqda 1000 yaxın uşağı valideynlərinin terrorçu qruplarla “əlaqəli” olduğu üçün həbs olunub.
- Somalidəki Əl-Şabab ekstremistləri 1600-ə yaxın uşağı əsgər və seks köləsi kimi istifadə etmək üçün qaçırıb.
- Cənubi Sudanda 1200-ə yaxın uşaq əsgər qismində hərbi xidmətə cəlb olunub.
- Yəməndə 840-dan çox 11 yaşınadək balaca uşaqlar əsgərliyə çağırılıblar.
“Məqsəd bu uşaqlarla ikinci dərəcəli varlıq kimi davranılmamasına nail olmaqdır. Bu uşaqlarin digər uşaqlar kimi həyatlarını mənalı və maraqlı yaşamaq hüquqları var. Onlara bu şans verilməlidir,” – BMT-nin uşaqlar və silahlı münaqışələr şöbəsinin nümayəndəsi Virciniya Qamba bildirib.
Qamba qanun pozuntularının əksəriyyətinin Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Myanma, Cənubi Sudan, Suriya və Yəməndə olan böhranların payına düşdüyünü vurğulayıb.
Paylaş: