Xəbər lenti

Belarus və Rusiya xaricdən olan sanksiya təzyiqlərinə birlikdə effektiv qarşı dura bilərlər.

Bu barədə iyulun 13-də Aleksandr Lukaşenko Vladimir Putinlə danışıqlar zamanı bəyan edib.

Onun sözlərinə görə, məşğul olunması vacib olan başlıca məsələlərdən biri iqtisadiyyatdır. Axı təkcə Belarusa münasibətdə yox, həm də Rusiyaya sanksiya tətbiq edirlər və ya onu uzadırlar. Buna baxmayaraq, Lukaşenko əmindir ki, ölkələr bu zərbəyə dözəcəklər.

«Mənim nə vaxtsa dediyim kimi, bununla bağlı biz heç də tər axıtmamalıyıq. Biz, necə olsa da, iqtisadiyyata çox diqqət ayırırıq, nəinki SSRİ-də ayrılırdı. Biz, insanlara daha çox baxırıq. Biz, tab gətirəcəyik - biz, inkişaf edəcəyik. Bu, sual deyil. Bu gün beynəlxalq gündəliyi inhisarlaşdırmaq və bizə təzyiq göstərmək alınmayacaq. Alınmayacaq! Dünya dəyişib» - Belarus lider qeyd edib.

Bu zaman Lukaşenko bildirib ki, «bütün dostlar yaxşıdırlar, amma biz, öz beynimizlə yaşamalıyıq - bizdə belə də alınıb».

Lukaşenko bu faktı sevindirici adlandırıb ki, iki ölkə arasında əmtəə dövriyyəsi yüksəlir.

«Heç bir virusa baxmayaraq, sizin də dediyiniz kimi, Belarusa və Rusiyaya yönəlik münasibətdə təzyiqlər olur» - o, qeyd edib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 578          Tarix: 14-07-2021, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma