Xəbər lenti


Tbilisidəki etirazlar iyulun 5-dən sonra LGBT müxaliflərinin etirazının qiyama dönüşməsi ilə başladı. "Pirveli TV" operatoru Aleksandr Laşkaravın müxalifətin mitinqində döyülərək öldürülməsindən sonra Gürcüstanda vəziyyət daha da gərginləşib. 

Yenisabah.az Sputnik-Gürcüstana istinadən xəbər verir ki, bu gün isə Gürcüstan parlamentinin  qarşısında Baş nazir İrakli Qaribaşvilinin istefası tələbi ilə mitinq keçirilib. 

Bildirək ki, Qaribaşvili istefa etməyəcəyini açıqlayıb. O, yeni etiraz dalğasının arxasında keçmiş prezident Mixail Saakaşvilinin olduğunu iddia edib.



Ana səhifəyə qayıt        Baxış: 3 646          Tarix: 17-07-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma