Xəbər lenti


“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Onun sözlərinə səfər çərçivəsində ticari-iqtisadi və mədəni-humanitar məsələlər müzakirə olunacaq: “Əminəm ki, bu səfər Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə təkan verəcək”.

Səfir qeyd edib ki, iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün biznes forum və digər bu kimi tədbirlərin keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılacaq.



Ana səhifəyə qayıt        Baxış: 3 037          Tarix: 5-05-2021, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma