Xəbər lenti
Bu gün, 18:24
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Yaxın Şərqdən qaçan insanlar Avropa giriş üçün yeni qapı tapıblar.
Ovqat.com-un məlumatına görə, əvvəl qayıqlarla Avropa ölkələrinə keçmək istəyən miqrantların qarşısı müxtəlif yollarla alınması, bəzən onların Aralıq dənizində qəsdən batırılması metodlarına əl atılması qaçqınları başqa alternativ axtarışına yönəldib. Alternativlərdən biri də quru yolu ilə Baltikyanı ölkələrə keçmək və beləcə, arzuladıqları “yeni dünya”ya qovuşmaqdır. Baltikyanı ölkələrlə Belarus arasındakı meşə zolaqları da bu qanunsuz köçlər üçün əlverişli şərait yaradır: miqrantlar sərhədçilərin gözündən yayınaraq asanlıqla Avropaya keçə bilirlər.
Di gəl ki, Yaxın Şərq miqrantlarını bu marşrutda da ağır imtahanlar gözləyir. Bir çox hallarda onlar yerli əhali tərəfindən döyülür, Baltikyanı ölkələrin polis dəyənəklərinin və itlərinin qurbanı olurlar.
Bunun bariz örnəyi kimi, Belarus milli televiziyası Litva sərhədində öldürülən bir iraqlı miqrantın cəsədini əks etdirən kadrlar hazırlayıb. Rəsmi televiziyanın materialında öldürülən şəxs barədə deyilir:
Опубликованы кадры осмотра погибшего мигранта из Ирака. На его теле – следы жестоких побоев
"Bədənində şiddətli döyülmə izləri var. Benyakoni kəndi ərazisində baş verən hadisəni Belarus Dövlət Sərhəd Komitəsi də təsdiqləyib. Litva tərəfinin belə sərt davranışından sonra miqrantın ölümü barədə təcili olaraq Aleksandr Lukaşenkoya (Belarus Prezidenti) məlumat verilib. Prezident hadisəni dərhal araşdırmaya başlamaq, döyülmüş adamı tapan yerli sakinlərin ifadəsini almaq, ölənlərin qohumlarını tapmaq və onlara viza verərək cənazəni götürmək üçün Belarusiyaya gəlməyə kömək göstərmək barədə tapşırıqlar verib”.
Məlumatda həmçinin cinayət işinin istintaqının ölkə prezidentinin nəzarətində olduğu bildirilir.
Qaçqınların Belarus televiziyasına dediyinə görə, sığındıqları Baltik ölkələrində onların pulları, pasportları, telefonları əllərindən alınır, içməyə su verilmir və öldürülməklə təhdid olunurlar.
Rəsmi məlumatlara inansaq, Belarus sərhədçiləri daha əvvəl də Litva ilə sərhəddə ölkədən qovulan 5 İraq vətəndaş tapıblar. Onların üzərində odlu silah, it dişi izləri və digər zorakılıq əlamətləri müşahidə olunub.
Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovskinin bildirdiyinə görə, sərhədçilər Litva ilə sərhəddə bəzi miqrantları ciddi fiziki təzyiqə məruz qalmış vəziyyətdə tapıblar, onlardan bir çoxu ilkin tibbi yardım alarkən keçinib.
Bıçkovski sərhəddə bir gündə Litva ərazisindən müxtəlif bədən xəsarətləri zorla qovulmuş 40 -a yaxın miqrantın qeydə alındığını söyləyib.
Litva Xarici İşlər nazirinin müavini Mantas Adomenas isə Belarusdan Litvaya pənah gətirən qanunsuz miqrantlar arasında təkcə Yaxın Şərqdən qaçanlar yox, Rusiya vətəndaşlarının da olduğunu bildirib. Nazir Vilnüsün onları geri qaytarmaq üçün Moskva ilə danışıqlar apardığını deyib.
Litva rəsmi qurumlarının iddiasına görə, təkcə iyulun sonunda bu ölkəyə İraq, Konqo, Kamerun, Qvineya, İran, Suriya və Əfqanıstandan gələn miqrantların sayı 2,6 mini keçib. İyulun 2 -də Litva hakimiyyəti miqrasiya böhranı ilə əlaqədar respublikada fövqəladə vəziyyət elan edib. Ölkədə bu miqrant köçünün Belarus tərəfindən qəsdən təşviq edildiyini və bunun Litvaya qarşı aparılan hibrid müharibəsinin tərkib hissəsi olduğunu düşünürlər. Rəsmi Vilnus bu köç dalğasının qarşını almaq üçün Belarusla sərhəddə beton divar çəkməyi planlaşdırır. İki ölkə ərazisində sərhədin uzunluğu 680 km.-ə yaxındır. Meşələrlə əhatə olunmuş bu geniş əraziyə beton divarlar çəkilsə belə, miqrant keçişlərinin tam nəzarət altına alına biləcəyi qaranlıqdır və bu problem ölkədə ciddi müzakirə edilir.
Litvalıların miqrant təhlükəsindən qorxmaları üçün özlərinə görə mühüm səbəbləri var. Ölkənin 3 milyondan az əhalisi var və Avropaya inteqrasiya prosesində bu say getdikcə azalır. Müxtəlif illərdə keçirilən əhalinin siyahıya alınmasının müqayisəli nəticələri də bunu göstərir. Belə ki, 2011-ci ilin siyahiyaalınmasına görə, Litvada 3 milyon 054 min əhali vardısa, 2015-ci ildə bu göstərici 2 milyon 980 minə düşmüşdü. Əhalinin tədricən azalması litvalıların da “daha rahat həyat” üçün Qərbi Avropa ölkələrinə axışmasıdır. Litvalılar azaldıqca, onların yerini müsəlman şərqlilər tutur və bu proses bir müddətdən sonra ölkənin etnik xarakterini də tamamilə dəyişə bilər.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar