Xəbər lenti

 
 
 
Ukraynanın Xarici İşlər naziri Vladimir Kuleba və Prezident Administrasiyasının rəhbəri Andrey Yermakov Amerikada işgüzar səfərdə olublar.
 
Ovqat.com xəbər verir ki, məlumatı ölkənin ABŞ-dakı səfiri Oksana Markarova facebook səhifəsində yayıb. 
 
Xanım diplomatın sözlərinə görə, Ukrayna yetkililərinin ABŞ səfəri 2 gün çəkib. Onlar başda dövlət katibi Entoni Blinken olmaqla bir sıra ABŞ yetkililəri və konqresmenləri ilə görüşüblər. Görüşlərin əsas məqsədi avqustun 30-da ABŞ-a səfər edəcək Ukrayna prezidenti Vladimir Zelenskinin Co Baydenlə görüşünü hazırlamaqdır.
 
O qeyd edib ki, Ukrayna rəsmiləri Blinkenlə yanaşı, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivanla, həmçinin Konqresdəki Ukrayna kokusunun üzvləri Cin Şahin, Kris Merfi, Cim Rişem, Rocer Vikeri, Bob Menendes, Bencamin Kardin və konqresmen Bred Şermanla görüşlər keçiriblər. 


 
“Görüşlərin prioriteti Ukrayna Prezidenti Vladimir Zelenskinin səfərinə və ABŞ Prezidenti Co Baydenlə 30 avqustda keçiriləcək görüşə hazırlaşmaqdır. Məqsədimiz, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq, Ukraynanın və bölgənin təhlükəsizlik və hərbi qabiliyyətini artırmaq və ölkənin müasir, iqtisadi cəhətdən güclü bir demokratik dövlətə çevrilməsini sürətləndirmək üçün real konkret birgə təşəbbüslərlə iki ölkə arasında strateji tərəfdaşlığı dərinləşdirməkdir”, - səfir belə yazıb.
 
O, həmçinin bildirib ki, Ukrayna rəsmiləri Vaşinqtonun aparıcı informasiya və analitik mərkəzlərinin nümayəndələri ilə də ayrıca görüşüblər.
 
Nazirin (Kuleba-Ovqat.com) sözlərinə görə, indi Ukrayna və ABŞ liderlərinin görüşü üçün müzakirə olunan konkret planları həyata keçirmək üçün amerikalı tərəfdaşlarla işləyəcəyimiz üç həftəlik "sakit diplomatiya" dövrü olacaq. 1 saylı ziyarətə hazırlığın finiş xəttinə doğru gedirik”, - facebook paylaşımında bildirilir.


 


Ana səhifəyə qayıt        Baxış: 3 670          Tarix: 6-08-2021, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma