Xəbər lenti
   
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın RİA-Novosti agentliyinə müsahibə verməkdən imtina edib.
Bu barədə Ukrayna Prezident Administrasiyasından məlumat verilib.
“Ukrayna Prezidentinin Administrasiyası müraciətinizə görə sizə təşəkkür edir. Təəssüf ki, Prezident Vladimir Zelenskinin iş qrafiki dolu olduğu üçün müsahibənin götürülməsi hələlik mümkün deyil”, - məlumatda bildirilib.
Qeyd edək ki, RİA-Novosti agentliyi Vladimir Zelenskinin administrasiyasına müsahibə almaq üçün müraciəti iyulun sonunda etmişdi.



Ana səhifəyə qayıt        Baxış: 616          Tarix: 16-08-2019, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma