Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Amerikalı B-52 Stratofortress bombardmançıları, Cövüzcan əyalətinin mərkəzi Şiberqanda “Taliban” hərəkatı birləşmələrinə hava zərbələri endirib.
Ovqat.com-un məlumata görə, Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Fevad Aman Twitter hesabında bu barədə bildirib.
Paylaşımda deyilir: "Taliban qrupu Cövüzcan əyalətinin Şiberqan şəhərində B-52-nin hədəfinə çevrildi. ABŞ Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində terrorçular çoxlu itki veriblər”.
Qeyd edək ki, bir neçə gün əvvəl, “Times” qəzeti ABŞ hərbi mənbələrinə istinadən Pentaqonun B-52 Stratofortress bombardmançılarını Əfqanıstana göndərdiyini xəbər vermişdi. Xəbərdə bunun “Taliban” hərəkatının terrorçuları ilə mübarizə naminə edildiyi vurğulanırdı.
Əfqanıstan ərazisində hökumət qoşunlarının və hakimiyyət orqanlarının “Taliban”la uzunmüddətli mübarizəsi davam edir. Amerikalılar qoşunlarını əyalət ərazisindən çıxarmağa başlayan kimi Taliban son bir neçə ay ərzində kənd və sərhəd bölgələrindəki böyük əraziləri nəzarətə götürdü. Son məlumatlara görə, Zaranc və Şiberqan kimi vilayət mərkəzləri islamçıların nəzarətinə keçdi. “Taliban”ların bu şəhərlərdə çoxlu hərbi qənimət əldə etdikləri bildirilir.
“Taliban”la ABŞ rəsmilərinin ötən il əldə etdikləri razılaşmaya əsasən, NATO-ya bağlı qüvvələr bu ayın sonuna qədər Əfqanıstandan çıxarılacaq. Mütəxəssislərin fikrincə, ABŞ qoşunları ölkədən tam çıxdıqdan sonra vəziyyət daha da acınacaqlı olacaq.
ABŞ strateji təyyarələrinin bu gün bombaladığı “Taliban” qüvvələrinin itkisinin 400 nəfər civarında olduğuna dair xəbərlər var. Məlumat hələ “Taliban” tərəfindən təsdiqlənməyib. Ümumiyyətlə B-52 Stratofortress təyyarələri ağır bombaların (hətta atom bombalarının) daşınması üçün hazırlanıb. “Taliban” qüvvələrinin bu təyyarə ilə bombalanması ABŞ-ın daha qanlı nəticələr əldə etmək istəməsindən xəbər verir.
“Taliban” qüvvələrinin ələ keçirdiyi ərazilər əsasən özbək və türkmənlərin məskunlaşdığı yerlər olaraq tanınır. Məşhur özbək hərbi lideri Rəşid Dostum Cövüzcan əyalətində doğulub və bu bölgələr onun qalası sayılır. Cövüzcana “Taliban” hücumları başlayanda Türkiyədə müalicəsini yarımçıq buraxan Rəşid Dostum Əfqanistana qayıtmışdı. Hazırda özbək marşalın Kabildə olduğu bildirilir. Ehtimallara görə, bundan sonra Əfqanistan hökumətinin “Taliban”la mübarizəsinə Rəşid Dostum rəhbərlik edə bilər. Marşal ötən il etdiyi çıxışlarında “Taliban”ı bitirmək üçün ona 6 ay vaxt lazımdır. Bir şərtlə ki, ona xüsusi səlahiyyətlər verilsin.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar