
Xəbər lenti
Dünən, 19:36
Dünən, 17:42
Dünən, 15:16
Dünən, 14:50
21-09-2025, 22:48
21-09-2025, 22:00
21-09-2025, 21:00
21-09-2025, 20:46
21-09-2025, 19:18
21-09-2025, 18:25
21-09-2025, 17:58
21-09-2025, 16:39
21-09-2025, 15:10

Rusiya Silahlı Qüvvələri özünün ən uzunmənzilli raketlərindən sayılan RT-2PM Topol ICBM-ləri hərbi arsenalından çıxarır.
Ovqat.com xəbər verir ki, məlumatı Defence Blog saytı yayıb.
Məlumata görə, “Topol”ların “təqaüd”ə ayrılma tarixi 2023-ci il olaraq müəyyənləşdirilib. Onun yerini Rusiyanın daha yeni qitələrarası raketi “Yars” alacaq.
Qeyd edək ki, “Yars” raketləri də əslində “Topol” ailəsindəndir. Sələfindən fərqli olaraq “Yars”ların mənzili daha uzundur.
“RT-2PM Topol” – 11 000 km,
“Yars M” – 12 min km.
“Yars”lar həmçinin daha çoxfunksiyalı əməliyyat imkanları baxımından da sələflərini üstəliyirlər.
Rusiyanın “istefa”ya göndərməyi planlaşdırdığı “Topol” raketləri 1977-ci ildə hazırlanmağa başlanmış, ilk dəfə 1983-ci ildə sınaqdan çıxarılmışdı. 2007-ci ildə “Yars” kəşf olunana qədər dünyanın ən uzaqmənzilli raketləri sayılırdı. Rusiya ordusunun silah arsenalında 150 “Topol”un olduğu bilinirdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar