Xəbər lenti
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
Azərbaycan ordusunun bu gün Ermənistana məxsus “İsgəndər” raket komplekslərini sıradan çıxarması təsdiqlənsə, Rusiyanın hərbi imici beşparalıq olacaq. Ona görə ki, bu raketlər mürəkkəb trayektoriya ilə hərkət etdiyindən vurulması imkansız hədəflər kimi tanınırdı. “İsgəndər”ləri sıradan çıxarmağın ən optimal yolu məhz bizim bu gün həyata keçirdiyimiz metoddur: hərəkətə keçməmişdən əvvəl zərərsizləşdirmək.
Qeyd edim ki, NATO-nun Rusiyaya məxsus strateji-taktiki raketlərini yoxetmə strategiyası məhz bu metoda əsaslanır. Xüsusilə nüvə başlığı daşıyan raketlərin hərəkətə keçəcəyi təqdirdə sıradan çıxarılması məntiqinə söykənən bu strategiyanın həyata keçirilməsi üçün NATO mümkün olduğu qədər Rusiyaya yaxınlaşmağı qarşısına məqsəd qoymuşdu. Təsadüfi deyil ki, alyansın Baltik, Qara dəniz və Balkan ölkələrinə hərbi qüvvələrini yerləşdirməsinin başlıca səbəblərindən biri də bu strategiya ilə əlaqələndirilir. Metodun fəlsəfəsi olduqca sadədir: Bir halda ki, bəzi uzaqmənzilli raketləri göydə zərərsizləşdirmək mümkün deyil, onlar havaya qalxmadan susdurulmalıdırlar. Mümkün qədər bu raketlərə yaxın olmaq zərurəti də bundan qaynaqlanır və vaxta qənaət etməkdən məqsədi daşıyır. Uzaq məsafədə dayanan müdafiə sistemləri hədəfə çatana qədər zamanda uduzduqlarından onlarla bu tipli raketləri zərərsizləşdirmək imkansızlaşır.
Zaman müdafiə sistemləri kimi, hücum silahları üçün də həyati önəm daşıyır. Odur ki, məsafə yaxınlaşdıqca avantaj müdafiə sistemlərinin xeyrinə dəyişilir.
Bəllidir ki. uzaqməsafəli raket komplekslərinin atəşlənməsi müəyyən zaman alır. Bunun üçün raket kompleksləri atış meydançasına hərəkət etməli, raketlərın başı maşının üzərindən yuxarıya qaldırılaraq start vəziyyətinə gətirilməli və atəşlənmə başlandığı an qurğunun yanındakı işçilər dəhral ordan uzaqlaşmalıdırlar. Sözügedən prosedurların yerinə yetirilməsi isə hardasa yarım saata qədər vaxt aparır. Qarşı tərəf də məhz bu zaman ərzində həmin raket kompekslərini sıradan çıxarmalıdır. Əks halda müəyyən məsafəyə yüksələn raketləri göydə yaxalamaq və sıradan çıxarmaq xeyli riskli ola bilər. Xüsusilə düzxətli trayektoriya ilə hərəkət etməyən “İskəndər” tipli raketlərdə bu risk nisbəti daha böyükdür.
Azərbaycan Müdafiə Nazirliyinin həmin raket komplekslərini vurması ilə bağlı yaydığı açıqlamada da onların start vəziyyətə gətirildiyi üçün sıradan çıxarıldığını bəyan etməsi və bunun legitim hərbi hədəf olduğunu vurğulaması da məhz yuxarıda bəhs etdiyimiz zərurətlərlə izah oluna bilər. Nazirliyin yaydığı məlumatda eynilə belə deyilir:
“Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilmişdir.
Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi.
Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılmışdır”.
Bu açıqlamadan da göründüyü kimi belə, raketlərin legitim hədəf sayılması üçün göyə qalxmasını gözləməyə ehtiyac yoxdur. Çünki bunu gözləsən, məşhur təbirlə desək, qoyunu qurda vermiş olarsan. Ən yaxşısı, səni gözləyən bu bəlanı elə beşikdəykən boğmaqdır.
Ən maraqlı məqam ondan ibarətdir ki, “İsgəndər” raketlərinin indiyədək sıradan çıxarılmamışdı. Azərbaycan ordusu ilk dəfə buna imza ataraq, Rusiyanın yenilməzlik imicini yerlə bir etdi. Belə ki, rus raketləri arasında əsasən ikisi radara yaxalanmayan silah kimi tanınır. Bunlardan biri “İskəndər”, digəri isə qitələrarası raketlərdən sayılan “Topol”dur. 11 min km. mənzili olan “Topol” dünyanın ən uzaq məsafəni vuran raketidir və faktiki olaraq Yer orbitindən çıxaraq hərəkət etdiyindən radar tərəfindən tutulmur. Hətta radara yaxalansa belə, onu vuracaq məsafəyə qədər uçan müdafiə sistemi mövcud deyil.
“İsgəndər” isə uçuş zamanı müxtəlif istiqamətlərə rəqs etdiyindən onun hansı müddətdə harada olacağını müəyyənləşdirmək çətindir. Odur ki, hərəkətə keçmiş “İsgəndər”i göydə yaxalamaq faktiki mümkün deyil.
Bütün bu deyilənlərdən hərəkət edərsək, Azərbaycan ordusunun bu gün vurduğu raket sistemləri əslində NATO-nun uzun illər üzərində düşündüyü və formalaşdırdığı strategiyanın ilk tətbiqidir. Azərbaycan ordusu bir gündə Rusiyanın 7 və ya 9 taktiki raket sistemini sıradan çıxarmaqla əslində bu hərbi strategiyanın uğurla sınaqdan çıxardı. Nəticədə rus hərbi qüdrətinin müasir hərbi texnologiyalar qarşısında nə qədər puç olduğunu ortaya qoydu.
Üstəlik, bu sınaq təkcə “İsgəndər”ləri zərərsizləşdirməklə qalmır, həm də “Topol”lara qarşı mübarizə üçün nəzərdə tutulur.
Bir sözlə, Azərbaycan əsgərinin bu gün mübarizə apardığı qüvvə təkcə torpağını işğal edən bir ovuc erməni deyil. Əsgərimiz həm də bizi 200 il əsarətində saxlayan rus imperiyasının sifətinə indiyədək heç kəsin vura bilmədiyi möhtəşəm silləni yapışdırdı. Şillənin səsinin Moskvadan gəlməsi də bu mənada əbəs deyil.
Məhz bu amilləri nəzərə alaraq, cəsarətlə deyə bilərik ki, dünyanın yeni tarixi Azərbaycan əsgərinin süngüsüylə yazılır.
Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar