Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
London Əfqanıstanın terrorçu yuvasına çevrilməsinin qarşısını almaq istəyən dünya tərəfdaşları ilə əməkdaşlıq etməyə hazırdır.
APA TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Britaniya mətbuatına müsahibəsində deyib.
“Əfqanıstanda hərbi həll yolu əldə etmək üçün Böyük Britaniyanın və ya istənilən bir ölkənin əlində olan imkanlar haqqında realist olmalıyıq. Bununla yanaşı biz Əfqanıstanın yenidən terror yuvasına çevrilməməsində bizim kimi maraqlı olan regiondakı və dünyadakı bütün müttəfiqlərimizlə çalışmağa hazırıq. Fikrimcə, Kabildə hər kəs razılaşar ki, Qərb və Birləşmiş Krallıq buna yol verməməkdə həmişə maraqlıdır”, - “Sky News”a müsahibə verən Conson belə deyib.
“Buna görə də mümkün olan bütün təzyiqləri göstərmək üçün siyasət və diplomatiya vasitələrindən, eləcə də xarici dövlətlərə yardım məqsədilə büdcəmizdən yararlanmağı nəzərdə tutan alətlərdən istifadə etməklə hərəkət edəcəyik”, - deyə B.Conson qeyd edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar