Xəbər lenti
Bu gün, 22:56
Bu gün, 21:56
Bu gün, 19:21
Bu gün, 18:43
Bu gün, 16:30
Bu gün, 14:20
Bu gün, 13:44
Bu gün, 12:41
Bu gün, 09:31
Dünən, 21:25
Dünən, 19:16
Dünən, 17:44
Dünən, 16:15
NATO -nun baş katibi Jens Stoltenberq Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Ovqat.com-un məlumatına görə, Stoltenberq görüşdə tərəf-müqabilinin nəzərinə NATO-nun Çini düşmən olaraq görmədiyini, ancaq bu ölkədən beynəlxalq öhdəliklərini yerinə yetirməsini və nüvə silahı kimi məsələlərdə şəffaflığı təmin etməsini istədiyini çatdırıb.
Alyansın rəsmi açıqlamasına görə, tərəflər videokonfrans vasitəsilə bir araya gələrək NATO-Çin münasibətləri və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Stoltenberq tərəflərin xüsusilə də iqlim dəyişikliyi kimi məsələlərdə ortaq hərəkət etmək fürsətlərinin olduğuna diqqət çəkib. O, həmçinin zorakı üsullara başvurma siyasəti, artan nüvə silahı və hərbi modernizasiyada şəffaflığın olmaması səbəbindən NATO-nun Çinlə bağlı narahatlıqlarını dilə gətirib.
Çini nüvə imkanları və doktrinası ilə əlaqədar dialoqa, etimad qurmağa və şəffaflıq tədbirlərinə dəvət edən Stoltenberq qarşılıqlı şəffaflığın və dialoqun həm NATO-nun, həm də Çinin maraqlarına uyğun olacağını bildirib.
Stoltenberq və Vanq arasındakı görüşdə Əfqanıstan məsələsi də masaya yatırılıb. Stoltenberq bölgə ölkələri də daxil olmaqla, Talibanın terrorizmlə mübarizə və insan hüquqları kimi sahələrdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təmin etmək üçün əlaqələndirilmiş beynəlxalq yanaşmanın vacibliyini vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər