Xəbər lenti

NATO Baş katibi Yens Stoltenberq alyans indiki "Taliban"a qarşı əvvəlkindən daha az təsir gücünə malik olduğunu etiraf edib.

"Report" xəbər verir ki, o, bu barədə Corctaun Universitetində çıxışı zamanı deyib.

"Əlbəttə, hələ də rıçaqlarımız var. Zəif olsa da, bu təsir sıfıra endirilməyib", - alyans rəsmisi vurğulayıb.

Stoltenberq, həmçinin bildirib ki, Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra "Taliban"la bağlı hər hansı razılıq əldə ediıməsə də, NATO-nun "taliblər"in gələcək siyasəti ilə bağlı müəyyən gözləntiləri var.



Ana səhifəyə qayıt        Baxış: 2 224          Tarix: 5-10-2021, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma