![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 14:20
Bu gün, 13:44
Bu gün, 12:41
Bu gün, 09:31
Dünən, 21:25
Dünən, 19:16
Dünən, 17:44
Dünən, 16:15
Dünən, 13:17
Dünən, 10:44
Dünən, 10:00
4-02-2025, 20:58
4-02-2025, 19:19
![](/uploads/posts/2021-11/1635878594_45b54033-3f34-466a-8fb8-9dd2904e6e8c.jpg)
Özəl təhqiqat firmasından olan üç şübhəli Navalnı və həmkarları adından FSB agentlərinin mobil telefon fakturası datasını yığmaqda şübhəli bilinirlər. Xəbəri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla TASS xəbər agentliyi və "Baza" xəbər vebsaytı yayıb.
“Saxlananların əldə etdiyi informasiyanın bir qismi Navalnının araşdırmalarından birində istifadə olunub”, – TASS mənbəyə istinadla yazır.
Pyotr Katkov, Aleksandr Zelentsov və İqor Zaytsev adlı üç şübhəli saxtakarlıqda və gizlilik qanunlarının pozulmasında ittiham olunur.
Ancaq hüquq-mühafizə əməkdaşlarının fikrincə, şübhəlilər müştərilərinin Navalnı olduğunu bilməyiblər. Müxalifətçi onu zəhərləmədən öncə izlədiyi deyilən FSB agentlərinin hərəkətlərini xəbər orqanları ilə birlikdə araşdırırdı.
Dekabrda Bellingcat araşdırmaçı vebsaytı, The Insider, CNN, Almaniyanın Der Spiegel jurnalı FSB komandasına bağlılıqda şübhəli bilinən səkkiz nəfərin adını yaymışdı. Həmin şəxslərin Navalnının zəhərlənməsindən qabaq üç il ərzində növbə ilə səyahətlərində onu izlədiyi iddia olunurdu. (azadliq.org)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər