"Münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq".
Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində biri azyaşlı olmaqla iki nərin həlak olmasına, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.
"ATƏT-in Minsk qrupu həmsədrlərinin güc tətbiqinin dayandırılması və danışıqların bərpa olunması ilə bağlı bəyanatını dəstəkləyirik", - deyə M. Zaxarova qeyd edib.
M. Zaxarova bildirib ki, münaqişə tərəflərindən gələn məlumatlara görə, iyulun 4-də axşam qoşunların təmas xəttində növbəti dəfə atəşkəs rejimi pozulub.
"Nəticədə insan itkisi olub. itkilər arasında dinc sakinlər, uşaq var. Həlak olanların yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, qan tökülməsi qəbulolunmazdır. Tərəfləri vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq", - deyə XİN sözçüsü vurğulayıb. (apa)
Paylaş: