Xəbər lenti

 
İngilis Kraliyyət Donanmasının bir müddət əvvəl Aralıq dənizinə düşən F-35 təyyarəsinin qəzaya uğrama səbəbi müəyyənləşdirilib.
 
Ovqat.com-un məlumatına görə, qəza təyyarənin texniki heyətinin huşluzluğu səbəbindən baş verib.


 
Bildirilir ki, belə təyyarələrin mühərriki üzərində yağışdan qoruma pərdəsi olur. Qırmızı rəngli bu pərdəni uçuşdan əvvəl çıxarır, sonra təyyarənin havalanmasına icazə verirlər. Sözügedən hadisə zamanı isə texniki heyət pərdəni mühərrikin önündən çıxarmağı unudub. Nəticədə təyyarə havaya qalxarkən mühərrik həmin pərdəni içəriyə sorub və motorun pərləri işləməz hala gəlib. Təyyarə də məhz bu səbəbdən havaya qalxdıqdan az sonra dənizə düşüb.
 
Qeyd edək ki, qəza 17 noyabr saat 10 radələrində baş vermis, pilot təyyarədən atılaraq (katapulyasiya) özünü xilas edə bilmişdi.
 



Ana səhifəyə qayıt        Baxış: 4 720          Tarix: 30-11-2021, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma