Xəbər lenti

“Taliban” hökuməti Əfqanıstan Səfirliyinin diplomatik nümayəndəliyin hesabına köçürülən təxminən 800 min dolların Kabilə qaytarılmasını istəyir, lakin Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Aqbar bu vəsaitin geri qaytarılmayacağını deyir.

“Asiaplustj.info”a müsahibəsində diplomat deyib ki, “Taliban”ın pulun geri qaytarılmasını tələb etmək hüququ yoxdur, çünki Əfqanıstan Səfirliyi Əfqanıstan İslam Respublikasının rəsmi idarəsidir və buna görə də burada müxtəlif məbləğlər qəbul edilir, “Taliban” sual vermək hüququna malik deyil: “Birincisi, biz “Taliban”ı rəsmi olaraq tanımırıq. Digər tərəfdən, “Taliban” kimdir ki, bizdən pulun geri qaytarılmasını tələb etsin? Əfqanıstanın Düşənbədəki Səfirliyi başqa bir kiçik Əfqanıstandır. Düşənbədə 10 minə yaxın əfqan yaşayır və işləyir, onlara kömək edə bilərik”.

Aqbar səhvən alındığı iddia edilən pulla bağlı mübahisəni Səfirliyin “Taliban”a münasibəti ilə əlaqələndirib: “Məlumdur ki, Səfirliyin qılıncı kəskin şəkildə onlara qarşı yönəlib və onlara qarşı vuruşur”. “Pajhwok Afghan News” Xəbər Agentliyi yazıb ki, Əşrəf Qəni hakimiyyətinin son günlərində Əfqanıstanın Düşənbədəki Səfirliyinin hesabına “səhvən” 786 min dollar köçürülüb və indi “Taliban” pulların Kabilə qaytarılması tələbi ilə məktub göndərib. Agentlik “Taliban” Maliyyə Nazirliyinin Əfqanıstanın Düşənbədəki Səfirliyinə yazdığı məktubun mətnini dərc edib. Mətndə deyilir ki, 2021-ci il iyulun 31-də Maliyyə Nazirliyi diplomatlar və yerli işçilərin maaşları və tibbi sığortası üçün əlavə olaraq 87 min ABŞ dolları məbləğində vəsait ayırıb , həmçinin səhvən daha 785 628 dollar köçürüb. Agentlik daha sonra qeyd edib ki, pul Səfirliyin xərclərinə köçürülüb, lakin Məhəmməd Zahir Aqbar Əfqanıstan hökuməti başçısının keçmiş birinci müavini Əmrullah Salehlə məsləhətləşdikdən sonra onu Səfirliyin bank hesabından çıxarıb.

“Taliban”ın maliyyə nazirliyi əlavə pulun “ən qısa zamanda dövlətin Əfqanıstan Bankındakı hesabına köçürülməsini” tələb edib.

Hazırda Səfirliyin Düşənbədəki bank hesabı bağlıdır.

Yerli qəzetlərin yazdığına görə, Məhəmməd Zahir Aqbar onların suallarını “WhatsApp” vasitəsilə belə cavablandırıb: “Taliban” rejimi və “Taliban” məktubu bizim üçün rəsmi deyil, Əfqanıstan Xarici İşlər Nazirliyi və Birinci vitse-prezident praktiki olaraq fəaliyyət göstərir. Səfirlik Tacikistanda bütün hallarda Xarici İşlər Nazirliyinin və birinci vitse-prezidentin göstərişlərinə uyğun olaraq məsuliyyət daşıyır və üzərinə düşən vəzifələri yerinə yetirir”.

L.SƏMLA

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 959          Tarix: 30-12-2021, 18:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma