Xəbər lenti

Pakistan Çin istehsalı olan 25 ədəd J-10C çoxməqsədli qırıcısı alıb.

Bu barədə dekabrın 30-da «Press Trust of India» agentliyinə istinadla TASS xəbər verib.

Nəşrin məlumatına görə, sövdə Hindistan-Pakistan münasibətlərinin gərginləşməsi fonunda həyata keçirilib.

Agentlik qeyd edir ki, satınalma Hindistan HHQ “Rafale” fransız istehsalı olan qırıcıların növbəti partiyasını əldə edəndən sonraya təsadüf edir. Hazırda Pakistan HHQ silahlanmasında ən müasir qırıcılar Amerikanın F-16/D Block 50/52 təyyarələri olaraq qalır. Onlar 2006-cı ildə alınıb. Ancaq hazırda Amerika-Pakistan hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə məhdudlaşıb.

J-10C qırıcıları qabaqcıl avionika, aktiv fazalaşdırılmış RLS antena ilə təchiz olunub. Qırıcı RL-10 raketləri ilə silahlandırıla bilir.

2016-cı ilin sentyabrında Hindistan və Fransa 36 ədəd “Rafale” (ümumi məbləği 8,8 milyard dollar) qırıcısının tədarükü barədə kontrakt imzalayıb. Təyyarələri «Dassault Aviation» şirkəti istehsal edir. Bütün təyyarələr 2022-ci ilin sonuna qədər alıcıya çatdırılmalıdır.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 691          Tarix: 30-12-2021, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma