Xəbər lenti

Qərbin Rusiyaya, eləcə də Belarusa qarşı sanksiyaları istənilən halda tətbiq olunacaq, buna səbəb tapılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sanksiya təzyiqi tamamilə qeyri-legitimdi və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Rusiya Prezidenti bildirib ki, ölkə milli maraqları ön planda tutacaq və istədiyi kimi hərəkət edəcək.

“Əlbəttə, biz dünyada baş verənləri izləyirik, lakin bizim Rusiya xalqının və dövlətin milli maraqlarına uyğun gələn aydın, başa düşülən təlimatlarımız var”, - Putin bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 438          Tarix: 18-02-2022, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma