Xəbər lenti
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Virtualaz.org “BelTA”ya istinadən bildirir ki, bu barədə Belarus liderinin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçılarının diqqət mərkəzində Belarus-Rusiya münasibətlərinin inkişafı olub, həmçinin prezidentlər beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşıdakı görüşlərin cədvəlini müzakirə ediblər.

Söhbət zamanı Aleksandr Lukaşenko və Vladimir Putin baş nazirin rəhbərlik etdiyi Rusiya hökumət nümayəndə heyətinin Minskə səfəri ərəfəsində əməkdaşlığın aktual məsələlərindən danışıblar.

Kremlin Mətbuat xidmətinin məlumatında isə deyilir ki, tərəflər Belarus Prezidentinin Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağın nizamlanması mövzusuna da toxunublar.



Ana səhifəyə qayıt        Baxış: 2 906          Tarix: 15-04-2021, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma