Xəbər lenti

“Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə həlli imkanları ehtimalı getdikcə azalır Biz hamımız sülh istəyirik, lakin Ukrayna ətrafında gərginləşən vəziyyətə görə bunun ehtimalı aşağıdır”.

“Report” xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala bildirib.

Fiala iddia edir ki, Rusiya Ukrayna ilə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

Onun sözlərinə görə, danışıqlar yolu ilə nizamlanmaya nail olmaq üçün diplomatik səylər yalnız Qərb ölkələri tərəfindən edilir: “Rusiya qoşunları elə bir hazırlıq vəziyyətindədir ki, Ukraynanın işğalı hər an başlaya bilər. Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdıqları sanksiyalar mümkün qədər sərt olmalıdır”.



Ana səhifəyə qayıt        Baxış: 3 138          Tarix: 20-02-2022, 21:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma