Xəbər lenti

İndiyədək Rusiya silahlı qüvvələri 198 ukraynalını öldürüb.

"Report"un məlumatına görə, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko açıqlama verib.

O bildirib ki, dünyasını dəyişənlərdən 3-ü uşaqlardır. Lyaşko aralarında yetkinlik yaşına çatmayanlardan ibarət olmaqla, daha 1 115 nəfərin yaralandığını bildirib.

Nazir qarşı tərəfin təcili yardım maşınlarına da atəş açaraq beynəlxalq humanitar hüququn normalarını kobudcasına pozduğunu əlavə edib. Bununla yanaşı, Lyaşko vurğulayıb ki, Ukraynanın tibb sistemi işləməkdə davam edir. Nazirlik isə bütün xəstəxanaların gərəkli ləvazimatlarla təmin olunması istiqamətində çalışır.

Lyaşko ötən gecə Xersondakı sığınacaqda quraşdırılmış doğum evində partlayış səsləri altında 2 körpə oğlanın doğulduğunu söyləyib.



Ana səhifəyə qayıt        Baxış: 3 667          Tarix: 26-02-2022, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma