Xəbər lenti

"NATO Ukraynanı və onun demokratik yolla seçilmiş hökumətini dəstəkləyir".

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar görüşündə bildirib.

Rusiyanı hərbi qüvvələrini Ukraynadan geri çəkməyə, diplomatik səylərə qoşulmağa çağıran NATO rəhbəri qarşıdurma istəmədiklərini, lakin Vaşinqton Sazişinin 5-ci maddəsinə uyğun olaraq “NATO məkanının hər qarışını” müdafiə edəcəklərini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Avropa qitəsində sülhü darmadağın edərək İkinci Dünya müharibəsindən bu yana ən irimiqyaslı müharibəyə rəvac verdi.



Ana səhifəyə qayıt        Baxış: 2 888          Tarix: 4-03-2022, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma