Xəbər lenti
Bu gün, 19:03
Bu gün, 12:08
Bu gün, 09:52
Dünən, 16:00
12-02-2026, 19:03
12-02-2026, 18:21
12-02-2026, 14:34
12-02-2026, 10:23
11-02-2026, 18:10
11-02-2026, 17:50
11-02-2026, 16:15
11-02-2026, 13:59
11-02-2026, 11:23
11-02-2026, 10:30

“Şimali Atlantika Alyansı Ukraynanı dəstəkləyir. NATO alyansa üzvlük olması üçün Ukraynaya yardım edəcək”.
Ovqat.com xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO sammitinin yekunlarına dair mətbuat konfransında belə deyib.
Stoltenberqin fikrindən belə çıxıb ki, NATO-ya üzvlüyə qərar vermək Ukraynanın özündən asılıdır və alyansın qapıları onun üzünə açıqdır.
"Zirvə görüşünün yekunlarına dair bəyanatda biz NATO-nun qapılarının Ukraynaya açıq olduğunu təsbit etdik. 2008-ci ildə Buxarestdə keçirilmiş zirvə görüşündə qəbul edilmiş qərar qüvvədə qalır. Biz Ukraynaya kömək etmək üçün fəaliyyətimizi gücləndirəcəyik. Biz inteqrasiya yolu ilə irəliləmək üçün islahatların aparılmasına kömək edəcəyik", - deyə NATO-nun Baş katibi bildirib.
O qeyd edib ki, bir çox ölkələr Ukraynanın NATO üzvlüyünə ikitərəfli yardım göstərməyə hazırdır.
"Əsas siqnal belə olacaq: NATO Ukraynanı dəstəkləyir. Biz siyasi dəstək veririk, NATO konteksti çərçivəsində, eləcə də digər NATO ölkələri kimi ikitərəfli əsasda əməli dəstəyi fəallaşdıracağıq", - deyə Stoltenberq vurğulayıb.
Stoltenberq əlavə edib ki, Ukrayna və alyans ölkələri Ukraynanın NATO-nun tamhüquqlu üzvü olmasına qərar verə bilərlər: "Hər bir ölkənin öz yolunu seçmək hüququ vardır. Siqnal belədir: Ukrayna və Alyansın 30 ölkəsi Ukraynanın NATO-ya üzv olacağı zaman qərar qəbul edir. Rusiyanın burada səsvermə hüququ yoxdur”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























