Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
28-11-2024, 17:12
28-11-2024, 16:24
28-11-2024, 16:00
Çin prezidenti Si Tsinpin Fransa və Almaniya liderləri Makron və Scholzla Ukrayna məsələsini müzakirə edib.
Ovqat.com xəbər verir ki, Si Tsinpin həmkarları ilə söhbətində bütün ölkələrin təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasının vacibliyini bildirib.
Bu zamanadək sakitliyini qoruyan Çinin son anda ortaya çıxması və faktiki Rusiyanın mövqeyini müdafiə etməsi təəccüblü deyil. Əvvəla, ona görə ki, Çinin Tayvan problemi var və Pekin də bu problemə özünün təhlükəsizlik məsələsi kimi baxır. Çin lideri «bütün dövlətlərin təhlükəsizlik narahatlığı» deyərkən də əslində öz problemini dilə gətirir, «bizim də Tayvana hərbi müdaxilə etmək hüququmuz var» mesajı verir.
Digər tərəfdən, Si Tsinpin Rusiya ilə bütün iqtisadi əlaqələrin sonlandırılmasından enerji təminatının təhlükə altına girdiyini düşünən bir sıra Avropa ölkələrinin tədricən mövqe dəyişdiyini görür və bundan faydalanmaq istəyir. Məlum olduğu kimi, ötən günlərdə ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken Rusiyadan neft və qaz tədarükünü tamamilə kəsmək üçün Avropalı həmkarları ilə görüşdüyünü, hər kəsin alternativ enerji mənbəyi axtarmağa çalışdığını bildirmişdi. Bu açıqlamanın ardınca qaz və neft ehtiyaclarının yarıdan çoxunu Rusiyadan tədarük edən Almaniya kansleri Olaf Şols dünən yazılı açıqlama verərək, onun fikrini təsdiqləsə də, enerji tədarükünün şaxələndirilməsi planın zaman alacağını vurğulamışdı. "Ancaq bu bir gecədə baş vermir. Ona görə də Rusiya ilə enerji təchizatı sahəsində kommersiya müəssisələrinin fəaliyyətini davam etdirmək bizim üçün şüurlu bir qərardır”, - deyən alman kansler hazırda «Avropanın istilik, güc qaynağı və sənaye üçün enerji təchizatını təmin etmək üçün başqa yolunun olmadığına» diqqət çəkərək bildirmişdi: «Ona görə də Rusiyadan enerji idxalı bizim ümumi mənafeyimizə uyğundur və vətəndaşlarımızın gündəlik həyatı üçün böyük əhəmiyyət kəsb edir”. Kanslerin bu sözündən sonra Rusiyadan enerji idxalını davam etdirmək barədə Bolqarıstan və Macarıstan dövlət başçılarından da eyni cavab gəlmişdi.
Görünür, Avropa İttifaqı ölkələrinin Rusiyadan qaz idxalı məsələsində ABŞ-dan fərqli münasibət sərgilədiyini və nəticədə Qərb ölkələri arasında parçalanma yarandığını nəzərə alan Çin lideri fürsətdən istifadə edərək onları öz yanına çəkməyə çalışır. Beləcə, geosiyasi rəqabət sahəsində ABŞ-ı yalnızlaşdıraraq, öz ölkəsinin ön plana çıxmasını planlaşdırır. Si Tsinpinin «bütün dövlətlərin təhlükəsizlik narahatlığı var və bu nəzərə alınmalıdır» sözləri bu baxımdan həm də Avropa ölkələrinin ABŞ-ın təzyiqi altında öz milli maraqlarına zidd addım atmağa məcbur edildiyinə işarədir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar