Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
ABŞ Dövlət Katibi Antoni Blinken getdikcə güclənən Çinin təsirini artırarkən daha repressiv və daha aqressiv davranaraq dünya nizamına meydan oxuduğunu söyləyib.
Ovqat.com xəbər verir ki, Blinken bu gün qatıldığı bir televiziya proqramında Çini ABŞ-ın qarşısında dayanan ən ciddi düşmən kimi xarakterizə edib.
"Son bir neçə ildir Çinin öz ölkəsində daha repressiv, xaricdə daha aqressiv davrandığını görürük”, - Blinken belə deyib: "Çin ABŞ-ın dünyada qorumağa qərarlı olduğu qaydalara əsaslanan düzəni pozmaq və ya meydan oxumaq üçün hərbi, iqtisadi və diplomatik potensiala sahib yeganə ölkədir. Məqsədimiz Çini dayandırmaq və ya yıxmaq deyil, meydan oxuduğu mövcud dünya düzənini qorumaqdır".
Qeyd edək ki, bu, Antoni Blinkenin Çin əleyhinə dilə gətirdiyi ilk fikirlər də deyil. Dövlət katibi 31 Mart tarixində ABŞ rəhbərliyi qarşısında açıqladığı “2020-ci il İnsan Hüquqları Hesabatı”nın təqdimatında Pekinin Sincanda Uyğur Türklərinə qarşı həyata keçirdiyi insan haqları pozuntularını "soyqırım" olaraq xarakterizə etmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar