Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
Berlin Qətərlə mayeləşdirilmiş təbii qazın tədarükünə dair müqavilə imzalayıb.
Ovqat.com-un məlumatına görə, Almaniyanın İqtisadiyyat naziri Robert Habek mediaya açıqlamasında belə deyib.
Məlum olduğu kimi, Almaniya Rusiyanın Avropadakı ən mühüm tərəfdaşı kimi çıxış edir. Çünki Almaniya özünün qaz istehlakının 50-55%-ni Rusiyadan alır. Rusiyadan qaz asılılığı Almaniyanın ona qarşı mövqe sərgiləməsinin də önünü kəsir. Almaniyanın Qətərdən qaz tədarükü uzun illərdən bəri müzakirə mövzusu olsa da, tərəflər yekun qərara gələ bilmir, nəticədə Rusiya ilə iqtisadi münasibətlərə son verilməsi alınmırdı.
Avropa Komissiyasının alternativ enerji proqramı barədə verdiyi qərarda isə bu ilin sonunadək Rusiyadan alınan qazın 2/3-dən imtina edilməsi, 2030-cu ilə qədər isə idxalatı tamamilə dayandırmaq nəzərdə tutulurdu. Rusiya rəsmiləri xüsusilə Almaniyanın qaz asılılığını örnək göstərərək bu planın alınmayacağına ümid edirdilər. Almaniyanın Qətərlə yekun razılığa gəlməsi Moskvanın bu ümidini puç edə bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar