Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Fransa prezidenti Emmanuel Makronla polşalı həmkarı Anjey Duda arasında telefon danışığı olub.
Ovqat.com-un Fransa Prezident Administasiyasına intinadən verdiyi məlumatına görə, liderlər Almaniya, Fransa və Polşa prezidentlərinin Berlində Ukraynanın taleyi ilə bağlı keçirilməsi gözlənilən görüşün detallarını müzakirə ediblər.
"Mən prezident Anjey Duda ilə Ukrayna ətrafında vəziyyətlə bağlı yaxın günlərdə Berlində Polşa və Almaniya liderləri ilə mümkün görüşün mövzusunu müzakirə etdim", - Makron mediayaya verdiyi açıqlamada belə deyib.
"Anjey Duda və Emmanuel Makron Avropada, Ukraynada təhlükəsizliyin təmin edilməsi problemlərini müzakirə ediblər", - Polşanın Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Yakub Kumoç da öz növbəsində sosial şəbəkə hesablarında bu barədə yazıb.
Polşa radiosu ölkənin diplomatik departamentindəki mənbəyə istinadən bildirib ki, hazırda Almaniya, Polşa və Fransa liderləri arasında mümkün görüşün təfərrüatları üzərində iş aparılır.
Maraqlıdır ki, bu zamana qədər xüsusilə Almaniya Rusiyanın tərəfdaşı kimi çıxış edirdi. Merkel hakimiyyətindən sonra iqtidara gələn yeni hökumət isə tədricən mövqeyini dəyişərək Ukraynanın yanında yer almağa başladı. Son günlər Rusiya ilə Almaniya arasında münasibətlərin getdikcə pisləməsi diqqətdən yayınmır. Artıq Almaniya hökuməti Rusiyanın beynəlxalq “Russia Today” nəşrinin almanca yayımını dayandırdığı kimi, Moskva da Almaniyanın Deutsche Welle (DW) kanalının rusca yayımına qadağa qoyub.
Almaniya öz enerji tələbatının mühüm hissəsini Rusiyadan təchiz edir. Görünən budur ki, Berlin alternativ enerji mənbəyi tapıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar